Digər(41)

  • 11) Azerbaycan Etnoqrafiyasi II cild

    Kitabın dili: Azərbaycan
    Müəllif: Azerbycan Etnoqrafiya Inistitutu
    Göndərən: Cavid Gadirov

    Azerbaycan Etnoqrafiyasi II cildBu kitab Azərbaycan etnoqrafiyasının mühüm tərkib hissəsi olan maddi mədəniyyət və ailə məişəti məsələlərinə həsr edilmişdir. Cilddə xalqımız çoxəsrlik tarixə malik yaşayış məskənləri və yaşayış evləri, geyim və bəzəkləri, yeməkləri və içkiləri, nəqliyyat vasitələri və s. kimi maddi mədəniyyət sahələri geniş və əhatəli şəkildə öz əksini tapmışdır. Kitabda həmçinin ailə, nikah, toy, uşaqların tərbiyəsi və dəfn mərasimi məsələləri də işıqlandırılır.



  • 12) Azerbaycan tarixi uzre qaynaqlar

    Kitabın dili: Azərbaycan
    Müəllif: Suleyman Eliyarli
    Göndərən: Cavid Gadirov

    Humanitar elmlərlə bağlı bügunkü tələblər ali məktəbin işinin, elmi işlərin bütünlüklə yenidən qurulması, ümumiyyətlə, mütəxəssis hazırlanmasının köklü şəkildə yaxşılaşdırılması ilə bağlıdır. Bu baxımdan gənc mütəxəssislərin elmi təfəkkürü və dünyagörüşünün yüksəldilməsi, onlara qaynaqlar və ədəbiyyat üzərində müstəqil yaradıcı iş aparmağın öyrədilməsi başlıca vəzifə olaraq qalır. Təcrübə göstərmişdir ki, mühazirələrin problem səciyyədə, yəni keyfiyyətcə yenidən qurulması ilə yanaşı, praktiki məşğələlərin metodikası kökündən yaxşılaşdırılmalı, ilk növbədə qaynaqlar üzərində yaradıcı iş aparmaq vərdişi aşılanmalıdır.



  • 13) Azerbaycan Xalq Cumhuriyyeti

    Kitabın dili: Azərbaycan
    Müəllif: Azerbaycan Milli Kitabxanasi
    Göndərən: Cavid Gadirov

    Azərbaycan xalqı əsrlər boyu azadlıq arzusu ilə yaşamış, milli azadlıq, istiqlal uğrunda mübarizə aparmışdır. XX əsrin əvvəllərində Azərbaycanda milli azadlıq hərəkatı gücləndi. Azərbaycanın demokratik qüvvələri, mütəfəkkir şəxsləri, siyasi xadimləri yurdumuzun müstəqilliyi, xalqımızın azadlığı uğrunda mübarizəyə qoşuldular. Rusiya imperiyasının dağılması Azərbaycanda müstəqil dövlət yaratmaq üçün şərait yaratdı. 1918-ci il mayın 28-də Azərbaycan Demokratik Respublikası elan edildi.



  • 14) Azerbaycan tarixi III cild

    Kitabın dili: Azərbaycan
    Müəllif: AMEA Tarix Inistitutu
    Göndərən: Cavid Gadirov

    Azərbaycan Elmlər Akademiyası Tarix İnstitutu və digər institut əməkdaşlarının uzun illər boyu apardıqları axtarışların yekunu olan bu cilddə Vətənimizin orta əsrlər tarixinin XIII əsrdən başlayaraq son dövrü işıqlandırılmış, monqol əsarəti və onun nəticələri, burada təşəkkül tapan Azərbaycan dövlətlərinin tarixi, onların yaranması və süqutu, xanlıqlar dövrü, xalqımızın xarici işğalçıların təcavüzünə qarşı azadlıq mübarizəsi, eləcə də dövrün ictimai-iqtisadi, mədəni həyatı ətraflı şərh olunmuşdur.



  • 15) Azerbaycan Atabeyler dovleti

    Kitabın dili: Azərbaycan
    Müəllif: Ziya Bunyadov
    Göndərən: Cavid Gadirov

    Kitabda Azərbaycan Atabəyləri dövlətində idarəetmə üsulu məsələləri ilk dəfə olaraq nəzərdən keçirilir. Bu dövlətin mədəni həyatı, vergi sistemi, şəhər və saray iyerarxiyası, əkinçilik və torpaqdan istifadə edilməsi qaydası yeni səpkidə təhlil olunur.



  • 16) Manna çağı

    Kitabın dili: Azərbaycan
    Müəllif: Solmaz Qaşqay
    Göndərən: kapıtan

    Təqdim edilən monoqrafiya eramızdan əvvəl 1-ci minilliyin əvvəllərində
    Azərbaycan ərazisində yaranmış ən qədim dövlətlərdən olan Mannanın siyasi və
    iqtisadi tarixinə həsr olunmuşdur. Əsərdə Cənubi Azərbaycan ərazisində qazıntılar
    zamanı aşkar edilmiş mixi yazılarından istifadə edilmişdir. Kitabda dövlət
    quruculuğu və etnik problemlərə, təsərrüfatın müxtəlif sahələrinə xüsusi yer
    verilmişdir. Manna dövlətində yüksək mədəniyyət və inkişaf etmiş iqtisadiyyat
    olmuşdur.



  • 17) Atmosferdə işıq təzahürləri

    Kitabın dili: Azərbaycan
    Müəllif: Şahin Əhmədov, Fərhad Mirzəyev
    Göndərən: Şahin

    Atmosferdə işıq təzahürləriKitabda atmosfer təzahürlərindən olan göy qurşağı, qalo, qütb parıltıları, mirak və sairə bu kimi maraqlı işıq təzahürlərinin sadə izahi verilmişdir.



  • 18) Ekologiya.Atmosferin çirklənməsi

    Kitabın dili: Azərbaycan
    Müəllif: Ş.Əhmədov, N.Muradov
    Göndərən: Şahin

    Ekologiya.Atmosferin çirklənməsiİki hissədən ibarət olan kitabın birinci hissəsi ekoloji anlayışları, biosferin ümumi xassələrinə, onun tərkib hissələri və fəaliyyətinə həsr olunmuşdur. Burada həmçinin maraqlı təbii hadisələrdən də söhbət gedir



  • 19) Ümumi ekologiya

    Kitabın dili: Azərbaycan
    Müəllif: Ş.Ə.Əhmədov
    Müəllif: F.G.Ağayev
    Müəllif: M.Ə. Şəfiyev
    Müəllif: F.Ə.Mirzəyev
    Göndərən: Şahin

    Ümumi ekologiyaEkologiya nəyi öyrənir? Biosfer haqqında təlim. Təbiətdə maddələrin dövranı. Təbiətdə qarşılıqlı əlaqələr.Biosferdə antropogen təsir. Atmosfer.



  • 20) Mühəndis ekologiyası

    Kitabın dili: Azərbaycan
    Müəllif: Şahin Əhmədov
    Göndərən: Şahin

    Mühəndis ekologiyasıMühəndis ekologiyası konsepsiyası. Atmosferə antropogen təsir. Hidrosfer antropogen təsir. Litosferə antropogen təsir. Müasir dövrdə ətraf mühitin monitorinqinin rolu. Ətraf mühitin əsas komponentlərinin ekoloji monitorinq metodları. Texniki vasitələr və atmosferi mühafizə metodları. Su hövzələrinin çirklənmədən mühafizəsi.



<<Geri (2/5) Növbəti

YER Hostinq