Din(11)

  • 11) İslam mədəniyyəti

    Kitabın dili: Azərbaycan
    Müəllif: Hacı Arif Heydər oğlu
    Göndərən: İlahə

    İslam mədəniyyətiƏuzu-billahi-minəş-şeytanir-racim
    Bismillahir-rəhmanir-rəhim
    Çox istəkli və hörmətli əhli-islama ünvanlanmış bu kitab, onlarda ümumbəşəri və misli-bərabəri görünməmiş bir xəzinə olan İslam (eləcə də Şərq) mədəniyyəti, onun mənşəyi, tarixi və inkişafı, digər mədəniyyətlərə (xüsusən qərb mədəniyyətinə) ciddi müsbət təsiri, nəhayət, ümumbəşəriliyi tarixi dəlillər və həqiqətlərlə sübuta yetirilmiş samballı təsəvvür oyatmaq məqsədilə hazırlanmışdır.
    Rabbul-aləminin kəlamlarından ibarət olan Qurani-Kərimdən başqa elə bir ikinci kitaba təsadüf etmək mümkün deyildir ki, o kitab nöqsansız və həyatın yalnız müəyyən bir sahəsinə həsr edilməsi məhdudiyyətindən azad olsun. Bunu tam ciddiliyi ilə başa düşən və ona görə də kitabın mümkün qədər əhatəli, dəqiq məlumatlarla daha zəngin olmasına dərin məsuliyyət hissi ilə yanaşan müəllif – Hacı Arif Heydəroğlu (Hacı Ceylan) bütün mə’xəzləri əlinin altına topladıqdan və müvafiq düzümü (sistemləşdirməni) qurtardıqdan sonra bu əsər üzərində üç il işləməli olmuşdur.



<<Geri (2/2)

YER Hostinq