Qovuşduq ki ayrılmayaq(roman)

  • Göndərən: DoStUn

    Kitabın dili: Azərbaycan

    Kateqoriya: Ədəbiyyat

    Kitabın çıxma tarixi: 2013

    Nəşriyyat: Bilik

    Səhifə sayı: 224

    Ölçüsü: 1689 KB

    Faylın tipi: PDF

    Cəmi yüklənib: 4657 dəfə

    Son yüklənmə tarixi: 16.06.2019

    Əlavə edilib: 09.06.2013

    "Qovuşduq ki ayrılmayaq (2 hissəli roman). - Rüfət Soltan Gənc yazıçı Rüfət Soltanı məhəbbət fonunda psixoloji süjetlər qurduğuna görə lirik-realist yazıçı adlandırsaq yanılmarıq. Onun “Qovuşduq ki, ayrılmayaq” romanında lirik düşüncələr elə təsvir olunmuşdur ki, bu duyğuların təsiri altında oxucu özünü həmin qəhrəmanların yanında hiss edir, onların ürək çırpıntıları oxucu qəlbini riqqətə gətirir. Lakin yazıçı yalnız lirik hissləri, duyğuları qələmə almaqla kifayətlənmir, qəhrəmanını daha böyük sınaqlardan, sarsıntılar içərisindən keçirir. Yazıçı əsərlərində, öz zamanəsinin və cəmiyyətinin bütün təbəqələrini təsvir etmiş, yaxud ona münasibətini bildirmişdir. O, insanları bir-birilərinə qarşı ədalətli olmağa çağırır. Əsərlərinin əksəriyyətində gənc nəsli savadlı və bilikli olmağa və gələcək nəsillərə də, ötürməyə çağırır. Rüfət Soltan “Qovuşduq ki, ayrılmayaq” romanı iki hissəli etməklə, insanı dərin düşünməyə çağırır. Birinci hissədə bir-birini sevən uşaqlıq dostları, qovuşaraq təmiz, saf sevgiyə çatırlar. Bundan sonrası isə oxucunu həyacanlandıran, səbirsiz edən süjetlərdir. Əsərin baş qəhrəmanı Rauf vətənpərvərliyi, ailəsinə sonsuz məhəbbəti və o cümlədən savadlı və istedadlı iş adamı olması ilə gənc oxucularımızı ondan nümunə götürməyə səsləyir. Romanın ikinci hissəsində isə qəlbi, o cümlədən ruhu qara olan insanların gənc, xoşbəxt ailəyə təcavüz etməsi və Raufun həyat yoldaşı Elnarənin qurban olması ilə yadda qalır. Kədərli notlarlarla təsvir olunan roman “bir ailə faciəsi” kimi oxucunu həyacanlandırır. Rüfət Soltanın hekayələrinin əsas mövzusunu ailə-məişət məsələləri, uşaq tərbiyəsi, qadın hüquqsuzluğu, ailə faciələri kimi mühüm məsələlər təşkil edir.

    Kitabı yüklə

    Qovuşduq ki ayrılmayaq(roman)



YER Hostinq